Fransa millisinin sabiq hücumçusu Kristof Dyuqarri Kilian Mbappe barədə sərt fikirlər səsləndirib.
Offsideplus.az xəbər verir ki, Dyuqarri Mbappenin çoxlu qol vurmasına baxmayaraq, nə "Real Madrid"lə, nə də Fransa millisində titul qazana bilmədiyini bildirib.
"Mbappe artıq oyanmalıdır. Qol vurmaqda heç bir problemi yoxdur, ancaq artıq titul qazanmır. "Real Madrid"də də, Fransa millisində də heç nə qazanmayıb. Bir məqam gələcək ki, o, turnirlərdə qalib gəlməyə başlamalıdır. Zidan da ona eyni sualı verəcək: 'Sən istəyirsən biz qalib gələk, yoxsa sadəcə öz qollarını vurub özünü göstərəsən?' Bir gün bu sual qarşısında qalacaq. Biz artıq bir neçə ildir heç nə qazanmırıq", – deyə Dyuqarri vurğulayıb.


