Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldu Uels üzərində qazanılan 1:0 hesablı qələbə barədə sosial şəbəkədə paylaşım edib.
Offsideplus.az xəbər verir ki, 41 yaşlı futbolçu paylaşımında "Birinci addım atıldı. İrəli, Portuqaliya!" sözlərini yazıb və qarşılaşmadan foto əlavə edib.
"Əl-Nəsr"in hücumçusu start heyətində meydana çıxıb və 67-ci dəqiqədə əvəzlənib.
Ronaldu bu oyunda 7 zərbə endirib (2-si qapıya düşüb), bir qolu ofsayd səbəbindən qeydə alınmayıb, 14 dəqiq ötürmə verib, 3 dəfə ofsayda düşüb və 1 uğursuz driblinq edib. Kriştiano GOL İndeksi üzrə 6.5 bal toplayıb ki, bu da Portuqaliyanın start heyətində ən aşağı göstəricidir.


