UFC-nin tanınmış veteranı Xorxe Masvidal hesab edir ki, Coş Hokitin Siril Qana qarşı döyüşdə qələbə şansı yüksəkdir. Masvidal bildirib ki, Hokit Bleydslə qarşılaşmada əsl döyüşçü olduğunu sübut edib və onun güləş bacarıqları Qan üçün ilk iki raundu son dərəcə çətin edə bilər. Masvidal qeyd edib ki, Hokitin göstərdiyi güləş tərzini sonuncu dəfə Keyn Velaskes dövründə görmüşük. O, rəqiblərini yerə salan kimi dərhal zərbələr endirir və partlayıcı hücumları ilə seçilir. Masvidal əlavə edib ki, Hokitin ayaqüstə də yaxşı kombinasiyaları var və Qana qarşı sürpriz edə bilər. "Mən Hokitə böyük məbləğdə pul qoyardım", – deyə Masvidal vurğulayıb.

Offsideplus.az xəbər verir ki, Siril Qan və Coş Hokit arasında döyüş UFC 334 turnirində, 15 noyabr tarixində baş tutacaq.