UFC-nin yüngül çəkidə sabiq çempionu Petr Yan Usman Nurmaqomedovun UFC-yə mümkün keçidi barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Yan Usmanın çox balanslı və hərtərəfli döyüşçü olduğunu bildirib. "Əlbəttə, çətinliklər olacaq. Amma əminəm ki, o, UFC-də kəmər qazana bilər. Mən görürəm ki, o, hər şeyi bacaran, çox balanslı idmançıdır. Soyadın yaratdığı təzyiqi, o cümlədən Umar da hiss edir. O da çox hazırlıqlı və müxtəlif üslublu döyüşçüdür. Amma qəfəsdə səninlə birlikdə qardaşların olanda, ən yaxşı nəticəni göstərmək məcburiyyəti tam olaraq psixoloji təzyiq yaradır. Usmanda da eyni vəziyyətdir. Lakin o, başqa təşkilatda çıxış edərkən kəmər qazanıb. Məncə, o, bu psixoloji vəziyyəti daha asan qəbul edir. Kəmər qazanmaq üçün bütün şansları var", – deyə Yan vurğulayıb.

Qeyd edək ki, Usman Nurmaqomedov 1 avqustda PFL-də son döyüşünü keçirib və hazırda azad agent statusundadır.