Fransa millisinin sabiq hücumçusu Tyerri Anri "Barselona"nın mövsümə uğurlu startı barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, o, Hans-Diter Flikin rəhbərliyi altında "Barselona"nın La Liqa və Çempionlar Liqasında keçirdiyi 8 oyunun hamısında qalib gəldiyini və ümumi hesabın 36:8 olduğunu qeyd edib.

"Hazırda dünyanın ən yaxşı komandasının kim olduğunu söyləmək üçün tələsməyə ehtiyac yoxdur. Mövsümün əvvəlində vəziyyət dəyişə bilər. Məsələn, ötən mövsüm heç kim PSJ-nin Çempionlar Liqasını qazanacağını düşünmürdü, amma sonda onlar qalib gəldilər. Hər şey dəyişir. Lakin etiraf etmək lazımdır ki, hazırda "Barselona" qorxu yaradır", – deyə Anri bildirib.