Bu həftə “Xankəndi” klubunun mətbuat xidməti oktyabrdan sonra adını daşıdığı şəhərdə oynayacağı barədə məlumat yaymışdı. 

Mümkün ehtimal kimi MOİK-in də burda oynamaq ehtimalı danışılırdı. Bəs bu olacaqmı? PFL-in Media və Marketinq departamentinin rəhbəri Sənan Abdullayev bu haqsa Offsideplus.az-ın sorğusunu cavablayıb:

“1-ci liqa klublarından "Xankəndi" və MOİK klublarının Xankəndi şəhər stadionu ilə rəsmi müqavilələri qüvvədədir. Prosedura uyğun olaraq hər iki klub müqaviləsini təqdim edib”.