İngiltərə millisinin və "Nyukasl"ın cinah oyunçusu Entoni Qordon Qızıl Top mükafatı uğrunda əsas favoritlərini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, Qordonun fikrincə, bu mükafatı ya Lamine Yamal, ya da Harri Keyn qazanmalıdır. O bildirib ki, Lamine Yamalın bu yaşda əldə etdikləri və oyunu inanılmazdır: "Hazırda o, tamamilə başqa səviyyədədir. Onun 19 yaşında etdikləri dəli bir şeydir. Məncə, o, dünyanın ən yaxşı cinah oyunçusudur. Futbolçunun bacarıqlarından danışanda, mənim üçün o, bir nömrədir. Amma ötən mövsümə baxsaq, Harri Keyn də tarixi bir mövsüm keçirdi. Onun vurduğu qollar və dünya çempionatında göstərdiyi oyun da nəzərəçarpacaqdır. Hər iki oyunçunun ciddi arqumentləri var. Onlara uğurlar arzulayıram".


