“Oyun praktikasından əziyyət çəkənlər də var. Bunlar məşqçilərin edəcəyi iş deyil”.

Bu sözləri Arif Əsədov Azərbaycan - Tacikistan yoxlama oyunu barədə (1:0) Offsideplus.az saytına açıqlamasında söyləyib:

“Millimizi qələbə münasibəti ilə təbrik edirəm. 3 aylıq fasilədən sonra yoldaşlıq görüşündə də olsa, qələbə vacib idi ki, bu ruhu, ab-havanı, inamı gətirsin. Milli komanda bunun öhdəsindən gəldi. Oyun baxımından çatışmazlıq var idi. 3 aydan sonra toplanış olmasının da buna təsiri var idi. Praktikadan əziyyət çəkənlər də var. Bunlar məşqçilərin edəcəyi iş deyil. Ayxan Abbasov meydana optimal heyət buraxmamışdı. Çətinliklər var. Amma bu matç test kimi planlara görə yaxşı görüş oldu. Qalır Litvadan uğurlu nəticə ilə dönmək”.