İspaniya millisinin və "Barselona"nın gənc cinah oyunçusu Lamin Yamal Qızıl Top mükafatının təqdimatında onun oyun tərzinin nəzərə alınmalı olduğunu bildirib.
Offsideplus.az xəbər verir ki, Yamal TVE-yə açıqlamasında bunları deyib:
"Ötən il mənə Çempionlar Liqası çatmadı, onu PSJ qazandı. Amma biz dünya çempionu olduq. Keçən mövsümdə heç nəyi dəyişmək istəməzdim, çünki mükafat mənim qərarımdan asılı deyil.
Az adam mənim kimi oynayır və insanlara bu qədər zövq bəxş edə bilir. Bu, Qızıl Topun təqdimatında nəzərə alınmalıdır.
Dünya çempionatında qələbə mənim üstünlüyümdür. Bu qədər güclü futbolçu arasında insanlar düşünür: 'Bu, ondan yaxşıdır, amma bəlkə də o, kubok qazanıb'".


