PFL-in yüngül çəki üzrə çempionu Usman Nurmaqomedov UFC 331 turnirində Geybl Stevesonun məğlubiyyətini şərh edib.

Offsideplus.az xəbər verir ki, Nurmaqomedov Stevesonun olimpiya çempionu olsa da, bu uğurun MMA-da olmadığını vurğulayıb: "Onun həvəskar döyüş təcrübəsi yoxdur. Bildiyimiz kimi, səndə mütləq döyüşçü kimi həvəskar təcrübə olmalıdır. Ən azı 100 döyüş keçirməlisən ki, bu səhnəni, məhz MMA atmosferini hiss edəsən. İlk zərbədə o, məsafəni düzgün hiss etmədi. Bəli, o, yaxşı güləşçidir, olimpiya səviyyəsindədir, amma döyüşçü və ya zərbəçi deyil. Axı bu qarışıq döyüş növləridir, burada hər şey var." Nurmaqomedov Stevesona tezliklə sağalmağı və gələcəkdə uğurlar arzulayıb.

Qeyd edək ki, Steveson 20 sentyabrda keçirilən UFC 331 turnirində Şon Şarafa ilk raundda nokautla uduzub. Steveson məğlubiyyətdən sonra bildirib: "Təbrik edirəm, məni yaxaladın. Bu məni dayandırmayacaq, mən böyük olacağam."