Asəf Çopurov dünyanın en nüfuzlu döyüş təşkilatı olan UFC ilə rəsmi müqavilə imzalayıb.
Offsideplus.az xəbər verir ki, 24 yaşlı idmançı bundan sonra karyerasını məhz bu promouşenda davam etdirəcək.
Qeyd edək ki, Çopurov peşəkar MMA karyerası ərzində keçirdiyi 11 döyüşün hamısında qələbə qazanıb.
O, sonuncu matçında "UAE Warriors 72" turnirində Riz Maklareni ilk raundun 1-ci dəqiqəsində nokaut edərək çempionluq kəmərini qorumağı bacarmışdı.


