Niderland millisinin heyətində dəyişiklik baş verib.

Offsideplus.az xəbər verir ki, "Mançester Yunayted"in hücumçusu Coşua Zirkze zədəli Brayan Brobbini əvəz edəcək. "Sanderlend"in futbolçusu zədə səbəbindən Millətlər Liqasında iştirak edə bilməyəcək. Niderland yığmasının rəsmi açıqlamasında Brobbiyə tezliklə sağalmağı arzulayıblar və Zirkzenin heyətə qoşulduğu bildirilib.