Formula 1 üzrə Azərbaycan Qran-Prisində 3-cü sərbəst yürüş başa çatıb.
Offsideplus.az xəbər verir ki, Bakı şəhər halqasında keçirilən sonuncu məşq yürüşündə "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen ən yaxşı nəticəni göstərib. O, 1 dəqiqə 43,922 saniyəlik göstərici ilə ilk pillədə qərarlaşıb.
İkinci yeri "Mersedes"in sürücüsü Corc Rassell (+0,099 saniyə), üçüncü yeri isə "Ferrari" pilotu Lyuis Hemilton (+0,111 saniyə) tutub. İl
k beşliyi müvafiq olaraq Andrea Kimi Antonelli ("Mercedes") və Şarl Lekler ("Ferrari") tamamlayıblar.
"MakLaren" pilotları Oskar Piastri və Lando Norris isə yürüşü müvafiq olaraq 7 və 8-ci pillələrdə başa vurublar.
Bir azdan - saat 16:00 da isə sıralanma turu baş tutacaq.


