"Mançester Siti" akademiyasının əməkdaşları son hadisələrdən ciddi narahatlıq keçirir.
Offsideplus.az xəbər verir ki, bu gün klubun Premyer Liqanın maliyyə qaydalarını pozmaqda təqsirli bilinməsi məlum olub. Yalnız bir bənd istisna olmaqla, bütün ittihamlar təsdiqlənib. Sanksiyalar barədə hələlik heç bir məlumat verilməyib.
Hazırda akademiyada ağır atmosfer hökm sürür. Əməkdaşlar rəhbərlikdən klubun hansı cəza ilə üzləşəcəyini və bunun onların gələcəyinə necə təsir edəcəyini soruşublar. Bir çoxu işini itirməkdən ehtiyat edir. Eyni zamanda, bir qisim əməkdaş rəhbərliyin həmin dövrdə vəzifədə olan şəxslərin ictimaiyyət qarşısına çıxıb açıqlama verməməsindən narazılıq ifadə edib.


