İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel Trent Aleksander-Arnoldun sağ cinah müdafiəçisi mövqeyində oynamaq imkanları barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Tuxel futbolçunun "Real Madrid"in heyətinə qayıtdıqdan sonra Millətlər Liqası oyunlarında iştirak edə biləcəyini bildirib. "O, bu mövqedə Carel Kuansa ilə rəqabət aparır. Carel dünya çempionatında Fransa və Meksika ilə oyunlarda bizim üçün çıxış edib. Hazırda komandada belə bir rəqabət var və Trent bu mübarizəyə tam hazırdır. O, məşqlərdə vacib və dəyərli rol oynayıb. Sözlər deyil, əməllər önəmlidir. O, özünü göstərmək və yenidən əsas heyətə qayıtmaq üçün şans əldə edəcək", – deyə Tuxel mətbuat konfransında vurğulayıb.


