"Mersedes"in britaniyalı pilotu Corc Rassell Formula 1 üzrə Azərbaycan Qran-Prisinin sıralanma turunda qazandığı qələbəni şərh edib.
Offsideplus.az xəbər verir ki, rəqiblərini 0,837 saniyə qabaqlayaraq poul mövqeyini ələ keçirən 28 yaşlı sürücü təəssüratlarını belə bölüşüb:
"Uzun müddətdir belə hal yaşanmırdı - yenidən zirvədə olmaq çox xoşdur. Yəqin ki, bu, Formula 2 və Formula 3 də daxil olmaqla karyeramın ən böyük zaman üstünlüyü oldu.
Sonuncu dövrəmiz çox mükəmməl alındı. Bolid bütün həftəsonu əla işlədi. Belə bir trekdə hər şeyi bir araya gətirə biləndə hisslər sadəcə möhtəşəm olur. Sessiyanın sonunda ideal bir dövrə vurdum. İzak Adjarın arxasınca münasib məsafədə gedirdim və bu mənə kiçik də olsa 'sliptrim' üstünlüyü verdi. Güman ki, məhz buna görə arxa düzlükdə əlavə bir-iki ondalıq saniyə qazandım. Hər şey mükəmməl alındı".
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı sabah baş tutacaq.


