"Red Bull"un niderlandlı pilotu Maks Ferstappen Formula 1 üzrə Azərbaycan Qran-Prisinin sıralanma turundakı uğursuz çıxışından (8-ci yer) sonra komandasını kəskin tənqid edib.
Offsideplus.az xəbər verir ki, təcrübəli sürücü boliddəki texniki problemlərdən narazılığını belə ifadə edib:
"Sıralanma turu boyunca mühərrik normal güc vermirdi. Düzlüklərdə komanda yoldaşıma yarım saniyə uduzuram. Üstəlik, üçüncü sessiyada həlledici dövrəyə çıxanda məlum oldu ki, batareya yarıbayarı boşdur və dolmur. Mənə bu vəziyyətdə hücum etməyi tapşıranda cavabım belə oldu: 'Cəhənnəmə gora gedin!'. Bu sadəcə məni Hövsələdən çıxartdı.
Aşağı sürət səbəbindən şinləri də lazımi tora çatdıra bilmədim, mühərriklə tormozlama isə elə təsir bağışlayırdı ki, sanki əl tormozunu çəkirdilər. Aydındır ki, sistemdə ciddi nəsə sıradan çıxıb. Bütün həftəsonu liderlər arasında olub, sonunda hər şeyin puç olması dəhşətli dərəcədə məyusedicidir".


