Braziliya milli komandası yoxlama matçında qələbəni əldə edə bilməyib.

Offsideplus.az xəbər verir ki, "pentakampeonlar" Avstraliya seçməsi ilə qarşılaşıb. Gərgin keçən görüşdə qalib müəyyənləşməyib.

Tərəflər hərəyə bir dəfə fərqlənməklə heç-heçəyə razılaşıblar - 1:1.

Braziliyanın yeganə qoluna 90+5-ci dəqiqədə Rayan imza atıb. Avstraliyanın qolu isə görülməyə dəyərdi.

Matçın qollarını sizə təqdim edirik: