​Keçmiş ingilis futbol ulduzu Devid Bekhem brend biznesi vasitəsilə təxminən 44 milyon avro gəlir əldə edib.

​Offsideplus.az xəbər verir ki, Bekhem bu yay baş tutan Dünya Çempionatı ilə əlaqədar "McDonald’s", "Verizon" və "Pepsi" kimi nəhəng şirkətlərlə bir sıra sərfəli reklam və tərəfdaşlıq müqavilələri imzalayıb.

​Bu brend razılaşmaları onun qlobal miqyasdakı təsir gücünü və biznes sahəsindəki uğurlarını bir daha nümayiş etdirib.