Formula 1 üzrə Azərbaycan Qran-Prisinin sıralanma turu başa çatıb.
Offsideplus.az xəbər verir ki, "Mersedes"in britaniyalı pilotu Corc Rassell sessiyanın ən yaxşı göstəriciyə imza ataraq poul mövqeyini qazanıb.
"Ferrari" sürücüsü Şarl Lekler ikinci, "MakLaren" pilotu Oskar Piastri isə üçüncü pillədən start götürəcək.
Rasselin komanda yoldaşı Kimi Antonelli üçün isə sıralanma turu uğursuz yekunlaşıb. "Mersedes"in gənc sürücüsü birinci sessiyada trekin 1-ci döngəsində divara çırpılıb. Qəza nəticəsində bolidi zədələnən Antonelli mübarizəni vaxtından əvvəl dayandırmaq məcburiyyətində qalıb.


