“Sabah” klubu UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakı Olimpiya Stadionunda keçirəcək dörd ev oyunu üçün xüsusi VIP paket biletlərin satışa başladığını elan edib.
Offsideplus.az xəbər verir ki, VIP paket bilet sahibləri “Slaviya” (Praqa), “Borussiya” (Dortmund), “Barselona” və “Napoli” ilə qarşılaşmaları stadionun VIP sektorundan izləmək hüququ qazanacaqlar.
VIP sektorda azarkeşlər üçün qidalanma xidməti təqdim olunacaq, əyləncə proqramı təşkil ediləcək və DJ ifasında musiqi səsləndiriləcək. Qeyd edək ki, əyləncəli tədbirlər yalnız “Slaviya”, “Borussiya” və “Barselona” ilə oyunları əhatə edəcək.
- Qiymət və şərtlər: Dörd qarşılaşmanın hamısını əhatə edən VIP paket biletin ümumi qiyməti 1500 manat təşkil edir. Bu məbləğ bir oyun üçün deyil, bütün paket üçün nəzərdə tutulub.
- Ayrı-ayrı biletlər: Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidovun bildirdiyinə görə, hər qarşılaşma üçün VIP biletlər sonradan ayrıca satışa çıxarılacaq və həmin biletlərin qiyməti paket biletin bir oyuna düşən dəyərindən daha yüksək olacaq.


