Gənc hücumçu Endrikin "Real Madrid"də az oyun təcrübəsi qazanması Braziliyada ciddi müzakirələrə səbəb olub.

Offsideplus.az xəbər verir ki, Cənubi Amerika yığmasının baş məşqçisi Karlo Ançelotti 20 yaşlı futbolçuya yanvarda yeni komanda tapmağı tövsiyə edib. Məqsəd Endrikin inkişaf tempini artırmaqdır.

"Milan" yayda Endriki heyətinə qatmaqda maraqlı olub və onun nümayəndələri ilə görüş keçirib. Klub qış transfer pəncərəsində bu transferi yenidən gündəmə gətirə bilər. Digər iddiaçılar arasında "Roma" da var.

"Real Madrid" oyunçunu satmaq niyyətində deyil, lakin icarə variantını nəzərdən keçirir. Yaxın həftələrdə baş məşqçi Joze Mourinyo və futbolçu birgə qərar verəcəklər.

Cari mövsümdə Endrik La Liqada cəmi bir oyunda iştirak edib və 86-cı dəqiqədə əvəzetmə ilə meydana daxil olub.