U-21 millimizin futbolçusu Lorentso Mezzotero Çexiyalı həmyaşıdları ilə oyundan sonra (1:1) Offsideplus.az-a müsahibə verib.

– Oyun haqqında nə düşünürsünüz?

– Düşünürəm ki, komanda olaraq möhtəşəm oyun nümayiş etdirdik. Çox kompakt idik, zənimcə, bərabərlikdən daha çoxuna layiq idik. Məmnunuq, buradan irəliyə doğru addımlamağa davam edəcəyik.

– Komanda yoldaşlarınıza uyğunlaşa bilirsinizmi?

– Əlbəttə. Komanda yoldaşlarım möhtəşəm oyun göstərdilər. Yüksək keyfiyyətə malikdirlər, təcrübəli və yaxşı oyunçulardan ibarət komandadır. Komanda şəklində hərəkət edirik və ən vacib olanı da budur.

– Əsas milli komandada oynamaq fikriniz var?

– Bəli, əlbəttə. Mən bura bunun üçün gəlmişəm. Azərbaycanın A milli komandasında oynamaq istəyirəm. Burada xoşbəxtəm. Ən vacib da budur.