Maykl Olise Fransa milli komandasında XXI əsrin rekordunu müəyyənləşdirib.

Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi Millətlər Liqasında Türkiyə ilə oyunda məhsuldar ötürmə ilə yadda qalıb. Onun ötürməsindən Kilian Mbappe fərqlənib. Bu, Olisenin 2026-cı ildə Fransa yığmasında vurduğu doqquzuncu assistdir. Onlardan yeddisi dünya çempionatında qeydə alınıb. Sonuncu dəfə bir il ərzində Fransa millisində doqquz məhsuldar ötürmə verən oyunçu 1958-ci ildə Raymond Kopa olub.