İtaliya millisinin baş məşqçisi Roberto Mançini Belçika ilə keçirilən Millətlər Liqasındakı 0:2 hesablı məğlubiyyəti şərh edib.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis ilk hissədə rəqibin daha üstün oynadığını bildirib:

"Birinci hissədə Belçika bizdən yaxşı çıxış etdi, ikinci hissədə isə onların çətinlikləri başladı. Hesabı bərabərləşdirə bilərdik, lakin səhvimizdən sonra qol buraxdıq. Oyunun səviyyəsi kifayət qədər yüksək deyildi? Birinci hissədə bəli, ikinci hissədə isə komanda çox yaxşı oynadı, yalnız ikinci qola səbəb olan əks-hücumadək. Belçika güclü komandadır və yaxşı çıxış etdi. Azarkeşlərin fit səsləri? Məğlub olanda biz də narazı oluruq, bu halda fit səsləri yerindədir".