İspaniya millisinin baş məşqçisi Luis de la Fuente "Barselona"nın cinah oyunçusu Lamine Yamalın gələcəkdə əfsanəvi futbolçu ola biləcəyini bildirib.
Offsideplus.az xəbər verir ki, de la Fuente Yamalın 16 yaşında milli komandada debüt etdiyini və uşaq yaşlarında belə, üzərinə düşən bütün media diqqəti və təzyiqlə soyuqqanlı şəkildə mübarizə apardığını vurğulayıb. Hazırda 19 yaşı olan Lamine Yamalın futbol baxımından kifayət qədər yetkin olduğunu qeyd edən mütəxəssis, onun bu yaşda belə böyük media təzyiqinə tab gətirə bildiyini deyib.
"ABŞ-da, Los-Ancelesdə ən hündür binanın divarında onun böyük fotosunu gördük. Bu, asan qəbul ediləsi bir həyat deyil. O isə bunu təbii, sakit və çox yetkin şəkildə qarşılayır. Onun futbol potensialı gələcəkdə onu əfsanə futbolçular sırasına daxil edə bilər", – de la Fuente əlavə edib.


