"Fənərbağça" klubu üç transfer pəncərəsi ərzində yeni futbolçuların qeydiyyatına qadağa ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, bu sanksiya klubun "Sevilya"ya Yussef En-Nesiri transferi ilə bağlı borcuna görə tətbiq edilib.

Mərakeşli hücumçu 2024-cü ilin yayında "Fənərbaxça"ya keçib, lakin 2026-cı ilin fevralından "Əl-İttihad"da çıxış edir.

Klubun əvvəlki rəhbərliyi 30 aprel 2026-cı ilədək ödənilməli olan məbləği vaxtında köçürməyib. Yeni rəhbərlik borcun gecikmiş hissəsini ödəsə də, "Sevilya" növbəti ödənişin də vaxtından əvvəl ödənilməsini tələb edib.

FIFA bu tələbi qəbul edərək müvəqqəti transfer qadağası tətbiq edib. "Fənərbaxça" rəhbərliyi formal prosedurlar tamamlandıqdan sonra sanksiyanın tezliklə aradan qaldırılacağına ümid edir. Klubun "Sevilya"ya 3 milyon avro ödəməli olduğu bildirilir.