"Klivlend"in prezidenti Kobi Oltmen bildirib ki, klub yay fasiləsində LeBron Ceymsi heyətə cəlb edə bilməsə də, özünə inamını qoruyub saxlayır.
Offsideplus.az xəbər verir ki, Oltmen komandanın hazırkı potensialına və gündəlik iş prosesinə tam güvəndiyini vurğulayıb: "Əgər istedadımıza, iş prosesimizə və gündəlik fəaliyyətimizə şübhəm olsaydı, daha çox narahat olardım. Məncə, bir çox komanda bizi yaxalamaq üçün güclənib. Əgər ilk dördlükdə yer alırsansa, digərləri də bu səviyyəyə çatmaq üçün inkişaf etməlidir. Biz artıq həmin səviyyədəyik və daha çoxunu istəyirik".
Qeyd edək ki, "Klivlend" ötən mövsüm LeBron Ceyms olmadan 1992-ci ildən bəri ilk dəfə Şərq finalına yüksəlib və burada "Nyu York Niks"ə 0:4 hesabı ilə uduzub.


