Entoni Coşua ilə Tayson Fyurinin döyüşü ləğv oluna bilər. 

Offsideplus.az xəbər verir ki, buna səbəb UFC prezidenti Dana Uaytın qarşılaşmanın təşkilində iştirak etməsi ilə bağlı yaranan narazılıqdır.

Turnirin təşkilatçısı Turki əl-Şeyx Dana Uaytı promouter kimi cəlb etmək istəyir. Lakin Coşua və onun promouteri Eddi Hörn buna qarşı çıxıb.

Qeyd edək ki, Fyuri ilə Coşua arasında döyüşün 11 dekabrda Kardiffdə keçirilməsi planlaşdırılır.

Eddi Hörn bu barədə deyib: "Dana Uaytın Fyuri–Coşua döyüşünə heç bir aidiyyəti yoxdur. "Netflix"ə bunu bildirməyiblər. Onu aldadıblar".