Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti - X tur görüşlərinə çıxacaqlar.

Offsideplus.az xəbər verir ki, kişilərdən ibarət yığmamız bu turda Bolqarıstan seçməsi ilə gücünü sınayacaq. Qadın komandamız isə Sloveniya ilə mübarizə aparacaq.

Ötən IX turda şahmatçılarımız fərqli nəticələr göstəriblər. Qadınlardan ibarət komandamız Çexiya seçməsini 4:0 hesabı ilə darmadağın etdiyi halda, kişi şahmatçılarımız Ermənistan təmsilçilərinə minimal hesabla məğlub olublar — 1,5:2,5.

Geridə qalan 9 turdan sonra 13 xal toplayan kişi millimiz əlavə göstəricilərə görə turnir cədvəlinin 12-ci pilləsində yer alır. Bu dərəcədə 16 xalla Özbəkistan birinci sıradadır. Eyni xala (13) sahib olan qadın yığmamız isə 14-cü sıradadır. Qadınların yarışında 17 xalla Çin liderlik edir.

Qeyd edək ki, İsveçrə sistemi üzrə təşkil olunan və 11 turdan ibarət olan 46-cı Ümumdünya Şahmat Olimpiadasına sentyabrın 27-də yekun vurulacaq.