Azərbaycanlı MMA döyüşçüsü Məhəmmədəli Osmanlı bu gecə karyerasının en vacib döyüşünə çıxacaq.
Offsideplus.az xəbər verir ki, təmsilçimiz "The Ultimate Fighter 34" ("TUF 34") şousunun final qarşılaşmasında iştirak edəcək.
Onun rəqibi qırğızıstanlı İlimbek Akılbek olacaq.
Bu döyüşün qalibi "TUF 34"ün çempionu olmaqla yanaşı, dünyanın ən nüfuzlu MMA təşkilatı olan UFC ilə rəsmi müqavilə bağlamaq hüququ qazanacaq.


