Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman Bakıda keçirilən 10-cu "Formula 1" Azərbaycan Qran-prisini ziyarət edib.
Offsideplus.az xəbər verir ki, diplomatiyası rəhbəri Bakı Şəhər Halqasının yenilənmiş paddoku və 300-ə yaxın media nümayəndəsinin çalışdığı Media Mərkəzi ilə tanış olub.
Yerli jurnalistlərlə təəssüratlarını bölüşən Dunkan Norman Bakı trekinin özəlliyindən danışıb və həmyerlilərinə dəstək ifadə edib:
"Bu mövsüm 'Formula 1'də beş britaniyalı pilot yarışır. Onların hər birinə uğurlar arzulayıram və britaniyalı sürücülərdən birinin Bakıda qalib gəlməsinə çox şad olaram".


