Formula 2 üzrə Azərbaycan Qran-prisi başa çatıb.
Offsideplus.az xəbər verir ki, mübarizənin son günündə "İnvicta Racing" komandasının pilotu Rafael Kamara bütün rəqiblərini geridə qoyaraq birinci yeri tutub.
Fəxri kürsünün ikinci pilləsinə "Campos Racing"dən Nikola Tsolov, üçüncü pilləsinə isə "Rodin Motorsport"un təmsilçisi Aleks Dann qalxıb.
Qeyd edək ki, bir gün öncə baş tutan sprint yarışında "Dams Lukas Oil"dən Dino Beqanoviç, ilk əsas yarışda isə Aleks Dann finişə birinci çatmışdılar.


