"Güclü komandaya qarşı oynayacağıq”.
Offsideplus.az xəbər verir ki, bu sözləri mətbuat konfransında Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov deyib.
Mütəxəssis komandanın UEFA Millətlər Liqasının ilk turunda səfərdə Litvaya qarşı keçirəcəyi matçla bağlı fikirlərini bölüşüb:
"Bura Tacikistana qarşı yoxlama oyunundan sonra gəlmişik. Litva ilə matça yaxşı hazırlaşmışıq. Meydana uğurlu nəticə qazanmaq üçün çıxacağıq. Litva ilk oyunda qələbə qazanıb. Rəqibin Avropa klublarında oynayan futbolçuları çoxdur. Lakin futbolçulara lazımi tapşırıqlar verilib. İnşallah, düşündüklərimizi meydanda icra edib lazımi nəticəni qazanacağıq”.
Qeyd edək ki, jurnalistlərin Litva səfəri AFFA-nın təşkilatçılığı və “Misli”nin dəstəyi ilə həyata keçirilir.


