Formula 1 üzrə Azərbaycan Qran-Prisi başa çatıb.
Offsideplus.az xəbər verir ki, ötən gün poulu qazanan "Mersedes"in pilotu Corc Rassell əsas yarışda da rəqiblərinə şans verməyib.
O, bu mövsüm 3-cü qələbəsini qazanıb və Bakıda qalibiyyət əldə edən 7-ci pilot olub.
2-ci yeri "Red Bull"un dördqat dünya çempionu pilotu Maks Ferstappen tutub. Podiumu onun komanda yoldaşı İsak Hajar tamamlayıb.
"Ferrari"dən Şarl Lekler 4, çempionatın lideri Kimi Antonelli isə 5-ci olub.


