Rusiya millisinin futbolçuları Matvey Safonov və Aleksey Batrakov tanınmış blogerlərlə görüşüblər.
Offsideplus.az xəbər verir ki, Novoqorsk bazasında baş tutan görüşdə Matvey Safonov, Aleksey Batrakov, Mixail Litvin və məşhur strimerlər iştirak ediblər. Safonov qonaqlara Rusiya millisinin adlarına xüsusi hazırlanmış formalarını təqdim edib.
Söhbət zamanı Aleksey Batrakov "Qalatasaray" azarkeşlərinin yaratdığı atmosferi xüsusi vurğulayıb:
"Mənim üçün ən gur tribunalar Krasnodardakı stadionda olub. Amma "Qalatasaray" ilə müqayisə etmək mümkün deyil. Orada 50 min azarkeş eyni anda səs salanda, stadionun ab-havası tam fərqli olur. Orada futbol üçün yaşayırlar, bu hissi hər an duyursan. Hətta məşqçi mənə isinməyə göstəriş verəndə, tribunalar dərhal reaksiya verdi və mənim də həyəcanım artdı. Orada olmaqdan zövq alıram".
Batrakov əlavə edib ki, Türkiyədə komanda ilə azarkeşlər arasında əlaqə başqa səviyyədədir və futbolçular küçəyə çıxanda belə, böyük maraqla qarşılaşırlar.


