"Red Bull"un pilotu İzak Hacar Formula 1 üzrə Azərbaycan Qran-prisində podiuma qalxmasından razı qaldığını bildirib.

Offsideplus.az xəbər verir ki, gənc sürücü yarış zamanı "soft" təkərlərinin effektivliyini düzgün qiymətləndirmədiyini və Oskar Pistriyə qarşı daha hücumameyilli davranmalı olduğunu etiraf edib:

"Bolidin idarəetməsindən məmnun idim. Əsas məsələ yarışın ilk dövrəsini səhvsiz keçmək idi və bunu bacardım. Maksla birgə komanda şəklində yaxşı işlədik. Lakin 'soft' təkərlərin bu qədər effekti olacağını gözləmirdik. Maksın məni bu qədər rahat ötməsinə imkan verməməli idim. Yarışın əvvəlində daha fəal olub Piastrini qovmağa çalışmalı idim".