"Ferrari"nin pilotu Şarl Lekler Formula 1 üzrə Azərbaycan Qran-prisində sürət çatışmazlığı səbəbindən komandanın yüksək yerlər uğrunda mübarizə apara bilmədiyini bildirib.
Offsideplus.az xəbər verir ki, monakolu sürücü gözlənilən nəticəni qazanmadıqları üçün məyus olduğunu gizlətməyib:
"Sərbəst yürüşlərdən sonra "Ferrari"nin problemlərinin olduğu bəlli idi. "MakLaren"dən geridə idik, "Mersedes" və "Red Bull" isə bizimlə müqayisədə sanki başqa planetdə idilər. Düzlüklərdə sürətimiz çatmadığı üçün mövqeyimizi qorumaq çətin idi. Düzlüklərdə müdafiəsiz qaldıq, rəqiblər döngələrdə də bizə çatırlar. Təcili reaksiya verməliyik, çünki yenilənmə tempində geri qalsaq, sonradan fərqi bağlamaq çox çətin olacaq.
Bu həftəsonu xəstə idim və yarışı idarə etmək asan olmadı. Lakin xəstəliyimdən asılı olmayaraq, bu gün dördüncü yer bizim üçün mümkün olan maksimum nəticə idi".


