Britaniyalı jurnalist Pirs Morqan “Mançester Siti” ilə bağlı araşdırma barədə fikirlərini bölüşüb və kluba mümkün qədər ağır cəza verilməsini istəyib.
Offsideplus.az xəbər verir ki, bu barədə müxbir bunları deyib:
"Mançester Siti" İngiltərə futbolu tarixində ən böyük saxtakarlıqda günahkar bilinib və cəza da törədilən pozuntulara uyğun olmalıdır. Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalı və saxtakarlıq yolu ilə qazandığı bütün titullardan məhrum edilməlidir".


