UFC-nin sabiq çempionu Petr Yan bildirib ki, böyük oğlu Daniil onun növbəti döyüşündə sekundant olmaq arzusundadır. Yan qeyd edib ki, oğlu vizaya ehtiyac olmadığını deyərək, "Mən sənin sekundantın olmaq istəyirəm. Heç nə deməyəcəyəm, sadəcə su verəcəyəm" söyləyib. Petr Yan oğluna bunun səbəbini soruşduqda, Daniil bu emosiyaları yaşamaq və birlikdə kəməri qaldırmaq istədiyini bildirib.
Offsideplus.az xəbər verir ki, Petr Yan 24 oktyabr tarixində UFC 333 turnirində Merab Dvalişviliyə qarşı titulunu müdafiə edəcək. Həmin turnirdə həmçinin Movsar Evloevin ilk titul döyüşü də baş tutacaq.


