İspaniya millisinin gənc ulduzu Lamin Yamal atasından Lionel Messi ilə olan məşhur fotosunu paylaşmamağı xahiş etməsinin səbəbini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, sözügedən şəkil 2007-ci ildə xeyriyyə tədbirində çəkilib. Həmin fotoda Messi bir neçə aylıq Yamalı qucağında saxlayır. 2026 Dünya Çempionatının finalında İspaniya Yamalın da iştirak etdiyi heyətlə Argentina üzərində qələbə qazanıb, həmin oyunda Messi də meydana çıxıb.

Yamal bildirib: "Oyun bitəndən sonra Messiyə dedim: 'Futbola verdiyin hər şey üçün təşəkkür edirəm'. Mən heç nəyi görüntü üçün etmirdim, hər şey səmimi idi".

O, atasının həmin fotonu niyə paylaşmadığını da izah edib: "Çünki ona demişdim ki, paylaşmasın. Bir dəfə Facebook-da paylaşdı, xahiş etdim silsin. Messiyə bənzətmələrə səbəb olmaq çox asandır, insanlar onsuz da bu barədə danışırdı. Mən Lamin olmaq istəyirdim, Messi olmaq istəmirdim. Sadəcə, özüm nəyə nail ola bilərəmsə, ona çatmaq istəyirdim. Atama dedim, bir az gözləsin".