Rayan Ayr-Nuri Əlcəzair millisinin düşərgəsindən uzaqlaşdırılıb.
“Mançester Siti”nin futbolçusu qarşılaşma zamanı meydana daxil olmağa hazırlaşarkən məşqçilər heyətinin tapşırığına əməl etməyib. Əlcəzairin ikinci qolundan sonra onun oyuna buraxılması ilə bağlı qərar dəyişib və futbolçu ehtiyat oyunçular skamyasına qayıdıb. Daha sonra Ayt-Nuridən yenidən isinmə hərəkətlərinə başlamaq tələb olunsa da, o, məşqçilər heyətinin göstərişinə tabe olmayıb. Bundan sonra tərəflər arasında gərginlik yaranıb.
25 yaşlı futbolçu görüşdə meydana çıxmayıb. Baş məşqçi İbrahim Həmdani isə insidentdən sonra Ayt-Nurini milli komandanın düşərgəsindən uzaqlaşdıraraq “Mançester Siti”yə göndərmək qərarına gəlib.


