Litva millisinin futbolçusu Piyus Şirvis sabah Azərbaycana qarşı oyunda meydanda olmayacaq.
Offsideplus.az xəbər verir ki, bu barədə Litva Futbol Federasiyası məlumat yayıb.
Litva millisi Millətlər Liqasına uğurlu start verərək səfərdə Lixtenşteynə 2:0 hesabı ilə qalib gəlib. Şirvis həmin qarşılaşmada 61 dəqiqə meydanda olub.
Şirvis "Selye"də oynayır, cinah müdafiəçisidir.
Qeyd edək ki, Litva - Azərbaycan matçı sabah, saat 17:00-da başlayacaq.


