Formula 1 Azərbaycan Qran-Prisi başa çatdı.

Offsideplus.az xəbər verir ki, yarış boyu 1100 marşal Bakı Şəhər Halqasında gərgin iş rejimində çalışdı.

Sərbəst yürüşlərdən əsas yarışa qədər onların çevik müdaxiləsi və koordinasiyalı işi yarışın mütəşəkkil keçirilməsində mühüm rol oynadı.

Marşalların diqqəti 51 dövrəlik mübarizədə trekdə oldu.

Beləliklə, növbəti Azərbaycan Qran-Prisi təhlükəsiz şəkildə yekunlaşdı.