"Yaxşı hazırlaşmışıq”.
Offsideplus.az xəbər verir ki, bu sözləri mətbuat konfransında Azərbaycan millisinin futbolçusu Mahir Emreli deyib.
O, sabah komandanın UEFA Millətlər Liqasının ilk turunda səfərdə Litvaya qarşı keçirəcəyi matçla bağlı fikirlərini bölüşüb:
“Çətin rəqiblə oynayacağımızı bilirik. Məqsədimiz müsbət nəticə qazanmaqdır. Bunun üçün əlimizdən gələni edəcəyik. Hazırda özümü yaxşı hiss edirəm. Sabah komandama kömək etməyə hazıram".
Qeyd edək ki, jurnalistlərin Litva səfəri AFFA-nın təşkilatçılığı və “Misli”nin dəstəyi ilə həyata keçirilir.


