“Neftçi” İdman Klubunun təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş cüdo üzrə turnir keçirilib.

Offsideplus.az xəbər verir ki, turnir Sumqayıt Təlim-İdman Zalında baş tutub. Yarışda 2015-2016-cı illər təvəllüdlü 100-ə yaxın idmançı 7 çəki dərəcəsi üzrə medallar uğrunda mübarizə aparıb.

Yarışın keçirilməsində əsas məqsəd Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini yad etmək, onların qəhrəmanlıq nümunəsini gənc nəslə çatdırmaq və yeniyetmələr arasında vətənpərvərlik ruhunu gücləndirmək olub. Turnir, həmçinin perspektivli və istedadlı idmançıların üzə çıxarılması, onların “Neftçi” İdman Klubunun seleksiya qruplarına cəlb edilməsi, fiziki hazırlıq səviyyələrinin qiymətləndirilməsi və yarış təcrübələrinin artırılmasına xidmət edib.

Yarışa başlamazdan əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Dövlət Himni səsləndirilib.

Gərgin və maraqlı mübarizə şəraitində davam edən turnirdə bütün çəki dərəcələri üzrə qaliblər müəyyənləşib. Yarışın sonunda fərqlənən idmançılara “Neftçi” İdman Klubu tərəfindən diplom, medal və xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, turnirdə şəhid ailələrinin üzvləri də fəxri qonaq qismində iştirak ediblər. Qalib idmançıların mükafatlandırılması mərasimi isə xüsusilə yaddaqalan olub. Mükafatları qaliblərə klubun icraçı direktoru Fərəc Əliyev, qurumun digər rəsmiləri və şəhid ailələrinin üzvləri birlikdə təqdim ediblər.

Medal qazanan cüdoçuların siyahısını təqdim edirik:

27 kq

1.Hacılı Mustafa

2.Əliyev Yusif

3.Şeydayev Hüseyn

3.Kələntərov Yusif

30 kq

1.Həsənli Mustafa

2.Kələntərov Mustafa

3.Vəlizadə Afiq

3.Kərimli Yusif

34 kq

1.Ramazanov Həmid

2.Həsənzadə İbrahim

3.Əliyev Murad

3.Musayev Hamza

38 kq

1.Məmmədov Rəsul

2.Allahyarov Hüseyn

3.Seyidov Mirəsəd

3.Cəfərli Mübariz

42 kq

1.Fəttahlı Yunis

2.Ağazadə Məhəmməd

3.Məmmədov Nihat

3.Mərdanov Həbib

46 kq

1.Dadaşzadə Tofiq

2.Qurbanlı Elmir

3.Rzayev Əli

3.Ağazadə Raul

+46 kq

1.Əlizadə Murad

2.Qədəsiyev Rəsul

3.Quluzadə Nizami

3.Cəfərov Ayxan