"Real Madrid" klubu Kilian Mbappenin zədələndiyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, o, dünən Türkiyəyə qarşı keçirilən və seçməsinin 1:0 hesablı qələbəsi ilə başa çatan oyunundan dizindən zədə alaraq Fransa millisinin düşərgəsini tərk edib.
Bu barədə klubun mətbuat xidməti yayıb:
“Bu gün keçirilən tibbi müayinədən sonra “Real"ın futbolçusu Kilian Mbappeyə sol dizinin arxa kapsulunun hiperekstensiyası (həddindən artıq gərilməsi) diaqnozu qoyulub. Futbolçunun vəziyyəti dinamik şəkildə izləniləcək”.
Qeyd edək ki, 27 yaşlı hücumçunun bərpa müddətinin təxminən iki həftə olacağı gözlənilir.


