Kişi voleybolçular arasında Avropa çempionatına yekun vurulub.
Offsideplus.az xəbər verir ki, İtaliyanın Milan şəhərində keçirilən həlledici qarşılaşmada Polşa və Fransa seçmələri üz-üzə gəliblər. Gərgin keçən final matçında Polşa millisi rəqibini 3:1 hesabı ilə məğlub edərək qızıl medallara sahib çıxıb.
Finalın ilk setində tərəflər arasında gərgin mübarizə yaşansa da (31:29), növbəti setlərdə üstünlüyü ələ alan polşalılar inamlı oyunla çempionluğu rəsmiləşdiriblər.
Polyaklar 3-cü dəfə Avropa çempionu olublar.
3-cü yer uğrunda görüşdə isə Finlandiya millisi Sloveniya seçməsinə şans verməyib. Bütün setlərdə rəqibini üstələyən fin voleybolçular 3:0 hesabı ilə qələbə qazanaraq turnirin bürünc medallarına yiyələniblər.
Final Fransa – Polşa – 1:3 (29:31, 19:25, 25:20, 16:25)
3-cü yer uğrunda matç Finlandiya – Sloveniya – 3:0 (25:23, 25:20, 29:27)


