"Alpin"in pilotu Franko Kolapintonun azarkeşləri Formula 1 üzrə Azərbaycan Qran-prisindən sonra "MakLaren"in sürücüsü Lando Norrisin sosial şəbəkə hesablarına kütləvi təhqiramiz şərhlər yazıblar.
Offsideplus.az xəbər verir ki, buna səbəb Kolapintonun törətdiyi qəza nəticəsində Norris və onun komanda yoldaşı Pyer Qaslinin yarışı vaxtından əvvəl dayandırmalı olması olub. Finişdən sonra britaniyalı pilot argentinalı sürücünün ən azı bir yarışlıq diskvalifikasiya edilməyə layiq olduğunu bildirib.
Bundan başqa, Kolapintonun azarkeşləri Norrisə 2025-ci ilin Kanada və Sinqapur Qran-prilərində onun iştirakı ilə baş verən insidentləri də xatırladıblar.
Kolapintonun həmyerliləri Norrisin sentyabrın 17-də etdiyi son paylaşımın altında xüsusilə aktivlik göstəriblər. Paylaşımın altına 60 mindən çox şərh yazılıb ki, bu da britaniyalı pilotun adi göstəricilərindən dəfələrlə çoxdur. Şərhlərin böyük əksəriyyəti Bakıdakı yarışdan sonra peydə olub. Argentinalı fanatlar Lando Norrisi kəskin tənqid edərkən, Norrisin azarkeşləri də öz idolunu müdafiə etməyə çalışıblar.
Franko Kolapinto isə öz növbəsində təqsirini etiraf edərək Pyer Qasli və Lando Norrisdən üzr istəyib.


