Amerikalı MMA ulduzu Toni Ferqyuson Misfits turnirində keçirilən boks qarşılaşmasında Mahmud Sebini texniki nokautla məğlub edib. Döyüş Mayamidə baş tutub və Ferqyuson ikinci raundda rəqibini dayandıraraq orta çəki üzrə Misfits kəmərini qoruyub.

Offsideplus.az xəbər verir ki, bu, Ferqyusonun Misfits təşkilatında keçirdiyi üçüncü döyüş və üçüncü qələbəsidir. O, hazırda bu liqada məğlubedilməz seriyasını davam etdirir.